27 May 2025, 12:19
FUTBOL
"Mançester Siti" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyə çalışır.
Matc.az "Sky Sports"a istinadən xəəbər verir ki, Premyer Liqa nəhəngi "Brügge"də çıxış edən Ardon Yaşarini transfer etmək istəyir.
"Mançester Siti" isveçrəli dayaq yarımmüdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayacaq. Belçika təmsilçisi 22 yaşlı futbolçu üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, "Brügge" Ardon Yaşarini mövsümün əvvəlində "Lyutsern"dən transfer edib. İsveçrə millisinin üzvü "göy-qaralar"ın heyətində keçirdiyi 52 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.