26 May 2025, 23:48
FUTBOL
Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.
Matc.az xəbər verir ki, bu gün "Fənərbaxça" səfərdə "Hatayspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
"Fənərbaxça" 81 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Hatayspor" isə 18-ci yerdədir.
"Hatayspor" - "Fənərbaxça" 4:2
Qollar: Ertuğrul çetin, 44 (avtoqol), Bilal Butobba, 53, Görkem Sağlam, 64 (pen), Conatan Okoronkvo, 66 - Yussef En-Nesiri, 27, İrfan Can Kahveci, 90+4
Qırmızı vərəqə: Mert Müldür, 38 (("Fənərbaxça")