"Barselona" Lamin Yamalın müqaviləsinin müddətini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Artıq tərəflər arasında bütün şərtlər razılaşdırılıb. Sabah İspaniya millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki,  Lamin Yamal "Barselona"nın yetirməsidir. 17 yaşlı vinger başa çatan mövsümdə Kataloniya təmsilçisinin heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 25 qol ötürməsi edib..

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest