26 May 2025, 22:50
FUTBOL
Türkiyənin "Sivasspor" klubu ağğır cəza ilə üzləşib.
Matc.az xəbər verir ki, FIFA kluba transfer qadağası təqbiq edib. Bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qırmızılar" 3 transfer pəncərəsi zamanı heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.
Qeyd edək ki, "Sivasspor"un Super Liqanı tərk edəcəyi dəqiqləşib. Komanda növbəti mövsümdə 1-ci Liqada mübarizə aparacaq.