"Bavariya" "Liverpul"da çıxış edən Kodi Qakponu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Münhen klubu niderlandlı vingeri yayda heyətinə qatmağa çalışacaq. "Bavariya" artıq 26 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Liverpul"  Kodi Qakponu 2023-cü ilin yanvar ayında PSV-dən transfer edib.  Niderlnd millisinin üzvü olan oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 49 oyunda 18 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest