"Real" "Liverpul"da çıxış edən Trent Aleksandr-Arnoldu klublararası dünya çempionatı başlayana qədər heyətinə qatmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Real" İngiltərə klubu ilə 1 illik müqaviləsi qalan futbolçunu daha tez heyətinə qatmağa çalışır.  "Kral klubu" bunun üçün qarşı tərəfə 5 milyon avro  ödəməyə hazırdır.

Qeyd edək ki, Trent Aleksandr-Arnold mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayıb. 26 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisin9in heyətində keçirdiyi 44 oyunda 4 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest