Futbol üzrə Azərbaycan I Liqasında pley-off mərhələsinin nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Matc.az xəbər  verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Difai” və “Hypers Guba” klublarının nümayəndələri iştirak ediblər. PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai”  klubun prezidenti Asəf Məlikov, “Hypers Guba” klubun prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.

Qeyd edək ki, I Liqa uğrunda pley-off qarşılaşması 28 may tarixində “ASCO Arena”da keçiriləcək. Matç saat 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest