İspaniya La Liqasında mövsümün sonuncu turunun oyunları keçirilib.

Matc.az xəbər verir ki, çempion "Barselona" səfərdə "Atletik"in qonağı olub.  Qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" mövsümü 88 xalla lider başa vurub. 70 xalı olan "Atletik" isə 4-cü olub.

"Atletik" - "Barselona" 0:3
Qollar:
Robert Levandovski, 14, 17,  Dani Olmo, 90+4 (pen)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest