"Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır".

"Zirə" Misli Premyer Liqasının 36-cı turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik.

- Klubla müqaviləniz bitir. Rəhbərliklə yeni sözləşmə barədə söhbətiniz olub?
- Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. "Araz-Naxçıvan" mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək.

- Qara Qarayevin heyətdə olmamasının səbəbi nədir?
- Mikro zədəsi olduğuna görə ehtiyatlı davrandıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest