Bakıda Milli Gimnastika Arenasında 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı keçirilir.

Matc.az xəbər verir ki, A qrupunun 3-cü - sonuncu turunda Azərbaycan yığması Mavritaniya millisi ilə qarşılaşıb.

Yığmamız iki cavabsız qolla qələbə qazanıb. Bu nəticədən sonra komanda növbəti mərhələyə adını yazdırıb.

Xatırladaq ki, millimiz bu qrupda Bəhreynlə heç-heçə edib (1:1), Sloveniyaya qalib gəlib (4:0). Mavritaniya isə sloveniyalılarla heç-heçə edib (1:1), Bəhreyni isə (2:0) məğlub etmişdi.

Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest