"Real" Xabi Alonsonun komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

"Real" Xabi Alonsonun komandaya baş məşqçi təyin olunduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun rəsmi saytı paylaşıb.

İspan mütəxəssisin müqaviləsi 2028-ci il iyunun 30-na kimi nəzərdə tutulub. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, Alonsonun son iş yeri 2022-ci ilin oktyabr ayından rəhbərlik etdiyi "Bayer" olub. Onun rəhbərliyi altında Leverkuzen klubu Almaniya çempionu olub, həmçinin Almaniya Kuboku və Superkubokunu qazanıb. "Bayer"də işləməmişdən əvvəl Xabi "Real"ın gənclər sistemində uğurla çalışıb.

Alonso futbolçu karyerası ərzində 2009-2014-cü illərdə "Real"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 236 oyun keçirib, 6 qol vurub və 31 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest