"İnter" yarımmüdafiəçi Nikola Zalevskinin transferi ilə bağlı "Roma" ilə anlaşıb.

Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

"İnter" 6,5 milyon avro dəyərində tam transfer müqaviləsi imzalayıb.

Xatırladaq ki, 23 yaşlı polyak bu ilin fevralından icarə əsasında Milan təmsilçisinin heyətində çıxış edir.

Zalevski "İnter"in heyətində 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest