İngiltərənin "Mançester Siti" klubundan ayrıldığını açıqlayan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne İtaliyanın "Napoli" klubuna keçməyə razılaşıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşıb.

Bildirilir ki, "Napoli" gələn həftənin əvvəlində, 33 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə final oyunundan dərhal sonra yekun razılığa gəlməyə çalışmaq niyyətindədir. Qeyd olunur ki, tərəflər arasında imzalanma bonusu da daxil olmaqla 3 il ərzində 27 milyon avro maaş nəzərdə tutan 3 illik müqavilə razılaşdırılıb. Qərarın gələn həftə veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu mövsüm De Bruyne "Mançester Siti"nin heyətində bütün turnirlərdə 38 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. 33 yaşlı yarımmüdafiəçinin klubu ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 27 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest