24 May 2025, 19:41
FUTBOL
"Krasnodar" futbol klubu 2024/2025 mövsümündə Rusiya çempionu olub.
Matc.az xəbər verir ki, Rusiya Premyer Liqasının 30-cu turunun oyununda Moskva "Dinamo"sunu məğlub edən (2:0) "öküzlər" turnir cədvəlində birinci yeri tutub.
"Krasnodar"ın bu çempionluğu klubun tarixində ilk olub.
Qeyd edək ki, komandanın 30 oyundan sonra 67 xalı var. Murad Musayevin yetirmələri mövsümü ikinci pillədə başa vuran "Zenit"i 1 xal qabaqlayıb.