24 May 2025, 17:27
FUTBOL
İngiltərə Premyer Liqası 2024/2025 mövsümünün ən yaxşı gənc futbolçusu nominasiyasının qalibini müəyyən edib.
Matc.az xəbər verir ki, bu, "Liverpul"un yarımmüdafiəçisi Rayan Qravenberqdi.
23 yaşlı Qravenberç 2023-cü ildə "Bavariya"dan "Liverpul"a keçib. İngiltərə çempionatının cari mövsümündə yarımmüdafiəçi 36 matçda 4 məhsuldar ötürmə edib. Ümumilikdə, idmançı bu mövsüm 48 görüşdə iştirak edib.
"Liverpul"la birlikdə niderlandlı futbolçu 2024/2025 mövsümündə İngiltərə çempionu olub.
Xatırladaq ki, Premyer Liqada mövsümün ən yaxşı oyunçusu mükafatına Qravenberqin komanda yoldaşı misirli Məhəmməd Salah layiq görülüb.