24 May 2025, 10:20
FUTBOL
Hücumçu Vinisius Junior "Real" ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Matc.az xəbər verir k, bu barədə məlumatı Sport.es paylaşıb.
Bildirilir ki, braziliyalı futbolçu ilə müqavilə uzatmaqla, Madrid klubu 15 milyon avroluq maaş həddini keçiblər. 24 yaşlı oyunçu ildə 20 milyon avrodan çox qazanacaq, lakin 30 milyon avrodan çox olmayacaq.
Vinisius hücumçu Kilian Mbappe ilə birlikdə Kral Klubunun ən çox maaş alan futbolçusu olub. Vurğulanır ki, maaş limitinin pozulması "Real"ı öz siyasətinə yenidən baxmağa vadar edə bilər, çünki klubun digər ulduzlarının da Vinisiusdan nümunə götürərək maaş artımını istəməsi riski var.
Qeyd edək ki, Vinisiusun əvvəlki müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.