"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virtz İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında insayder Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, futbolçu tərəfi İngiltərə klubu ilə yeni müqavilənin bütün şəxsi detallarını razılaşdırıb, bundan sonra yazılı razılıq əldə olunub. Hazırda futbolçunun transferi ilə bağlı klublar arasında birbaşa danışıqlar aparılır.

"Bayer" də transferi tez bir zamanda tamamlamağa hazırlaşır və gələn həftə rəsmi açıqlama gözlənilir. Klub transferi təxirə salmaq istəmir, çünki Virtz "mersisaydlılar"a keçmək arzusunu açıq şəkildə ifadə edib.

Qeyd edək ki, bu mövsüm Virtz bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 140 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest