24 May 2025, 00:58
FUTBOL
"Napoli" A Seriyasının 38-ci turunda "Kalyari"yə qalib gələrək (2:0) 2024/2025 mövsümünün İtaliya çempionu olub.
Matc.az xəbər verir ki, qolları yarımmüdafiəçi Skott MakTominay və hücumçu Romelu Lukaku vurub.
Beləliklə, Antonio Kontenin komandası 3 ildə ikinci dəfə A Seriyasının qalibi olub. Neapolitan klubu ümumilikdə dördüncü dəfə (1986/1987, 1989/1990, 2022/2023 və 2024/2025) ölkə çempionu olub.
Keçirilən 38 oyundan sonra "Napoli"nin 82 xalı var. "İnter" 81 xalla ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü 74 xalla "Atalanta" tamamlayır.
Qeyd edək ki, İtaliya çempionatının ən titullu klubu 36 dəfə ölkə çempionu olmuş "Yuventus"dur.