"Verder"in müdafiəçisi Antoni Yunq "Frayburq"a keçib.

Matc.az xəbər verir ki, bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu "Verder"lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "Frayburq"a keçib.

Qeyd edək ki, Yunq Bremen klubunun heyətində 130 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest