24 May 2025, 00:20
FUTBOL
"Real"ın və Braziliya millisinin sabiq hücumçusu Ronaldo İspaniyanın "Valyadolid" klubunda sahib olduğu nəzarət paketinin hissələrini satıb.
Matc.az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.
Ronaldo 2018-ci ildə klubun sahibi olmuşdu.
Qeyd edək ki, "Valyadolid" İspaniya çempionatının turnir cədvəlində sonuncu yerdədir. Komanda 37 görüşdən sonra 16 xal toplayıb.