Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir.

"Səbail" Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sumqayıt"ı təbrik edirəm. Premyer Liqadan düşməyimiz 3 tur əvvəl rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq çətindir. Düzdür, bu, bizim işimizdir. Nə qədər çalışsaq da, motivasiyanı saxlaya bilmirik. Birinci hissədə daha yaxşı oynadıq. İkinci yarıda "Sumqayıt" öz gücünü göstərdi. Bundan sonra qollar buraxdıq. Bizim üçün çempionat onsuz da bitmişdi. Bundan sonrakı perioda baxacağıq.

- Bəzi futbolçuların heyətdə olmaması nə ilə bağlıdır?
- Gitay Sofirin ayağında bir az problem var idi. Risk etmədik. Həm də gənc futbolçu Oruca şans verdik. Pis də oynamadı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest