23 May 2025, 21:56
FUTBOL
ikinci turda Azərbaycan yığması A qrupunda Sloveniya yığması ilə qarşılaşıb.
Bakıda 32 komandanın iştirakı ilə minifutbol üzrə dünya çempionatı keçirilir.
Matc.az xəbər verir ki, ikinci turda Azərbaycan yığması A qrupunda Sloveniya yığması ilə qarşılaşıb. Qarşılaşma millimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qrupun ilk turunda Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Bəhreynlə (1:1), Sloveniya isə Mavritaniya ilə üz-üzə gəlib (1:1). Mayın 25-də Azərbaycan Mavritaniya ilə qarşılaşacaq (19:30).
Sloveniya – Azərbaycan - 0:4
Qollar: Elvin Əlizadə 8, Mirmehti Rzayev 10, Xətai Bağırov 24, Kamran Abdullazadə 39