Futbol üzrə Azərbaycan I Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Matc.az xəbər verir ki, 27-ci turun və mövsümün son oyun günündə üç qarşılaşma baş tutub.

"Cəbrayıl" evdə "Zaqatala"ya minimal hesabla qalib gəlib. "İmişli" səfərdə "Difai" üzərində qələbə qazanıb – 1:3. "Baku Sportinq" – MOİK matçında hesab açılmayıb.

I Liqa
27-ci tur

23 may

"Cəbrayıl"  "Zaqatala" - 1:0
Qol:
 S.Məhərrəmli, 74

"Difai" "İmişli" - 1:3
Qollar:
 S.Rəhimov, 8 - H.İsayev, 28,  E.Rəhimzadə, 67, X.Bəşirov, 85
Qırmızı vərəqəG.Souza, 90+4 ("İmişli")

"Baku Sportinq" ­ MOİK – 0:0

Qeyd edək ki, çempion "Qəbələ" ilə yanaşı, ikinci yeri tutan "İmişli" və "Karvan" da Premyer Liqaya vəsiqə qazanıb. Sonuncu olan "Qaradağ Lökbatan" aşağı liqaya düşüb. Mövsümü 9-cu yerdə bitirən "Difai" isə II Liqada 4-cü olan "Hypers Quba" ilə pley-off matçı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest