23 May 2025, 17:51
FUTBOL
"Qatasaray" uğurlu mövsüm keçirən Yunus Akgünün müqaviləsini uzadacaq.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk vingerin gələn ilin yayına kimi nəzərdə tutulan sözləşməsinin müddəti 2030-ci ilə qədər artırılacaq.
Futbolçunun maaşında da artım olacaq. 24 yaşlı oyunçu illik 2,3 milyon avro qazanacaq.
Qeyd edək kki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ıın heyətində keçirdiyi 44 oyunda 12 qol vurub, 14 qol ötürməsi edib.