22 May 2025, 21:44
FUTBOL
"Atletiko" yarımmüdafiəçi Pablo Barriosun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü olan futbolçu ilə 2030-cu ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Atletiko" Pablo Barriosu 2017-ci ildə "Real"ın akademiyasından heyətinə qatıb. 21 yaşlı oyunçu bu mövsüm paytaxt təmsilçisinin forması ilə keçirdiyi 40 matçda 1 qol vurub, 4 qol ötürməsi edib.