Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, "Araz-Naxçıvan" bu gün çempionluğu rəsmiləşdirib.

Komanda bu gün ən yaxın izləyicisi  "Neftçi"ni 6:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" mövsümün bitməsinə 1 tur qalmış rəqibini 6 xal qabaqlayır.

Naxçıvanlıar 19-cu dəfə ölkə çempionu titulunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest