"Komo" "Barselona"dan icarəyə götürdüyü Aleks Valyeni komandada saxlayacaq.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məəlumat yayıb.

Klublar  arasında razılıq əldə olunub. "Komo" 6 milyon avro ödəyərək ispan sol cinah müdafiəçisinin transfer hüququna yiələnəcək. Bundan sonra 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qeyd edək ki, "Komo" Aleks Valyeni yanvar ayında icarəyə götürüb.  İspaniya U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 14 oyunda qol və ya assistlə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest