Kasablanka təmsilçisi portuqaliyalı futbolçunu klublararası dünya çempionatı üçün komandaya cəlb etmək niyyətindədir.

"Əl-Nəsr"lə müqaviləsi mövsümün sonunda başa çatan Kriştiano Romando üçün sürpriz iddia ortaya çıxıb.

Matc.az xəbər verir ki, ulduz futbolçu karyerasını Mərakeşdə davam etdirə bilər.  Bu barədə  "Marca" nəşri məlumat yayıb.

"Vidad" 40 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Kasablanka təmsilçisi portuqaliyalı futbolçunu klublararası dünya çempionatı üçün komandaya cəlb etmək niyyətindədir.

Qeyd edək ki,  Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində keçirdiyi40 oyunda 34 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest