"Beşiktaş" hücum xəttinə gənc oyunçu cəlb etməyi planlaşdlırır.

Matc.az xəbər verir ki,  İstanbul klubu "Yaqelloniya"da çıxışedən Oskar Pietuşevskini transfer etmək istəyir. Bu barədə "Voetbalkrant" məlumat yayıb.

"Beşiktaş" 17 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün Polşa klubu ilə danışıqlara başlayacaq.Gənc futbolçu ilə "Anderlext", "Monako" və "Volfsburq"  da  maraqlanıır.

Qeyd edək ki, Oskar Pietuşevski "Yaqelloniya"nın yetirməsidir. Polşa  U-17 millisinin üzvü olan gənc oyunçu Belostok təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest