"Bayer"in müdafiəçisi Pyero İnkapye "Real"a keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Ekvadorlu futbolçu artıq Madridə gedib. 23 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçəcək. "Real" bu keçid üçün Almaniya klubuna 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Pyero İnkapye bu mövsüm "Bayer"in heyətində keçirdiyi 45 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest