"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubu ilə müqaviləsini 2027-ci ilin yayına kimi uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Flikin "Barselona" ilə əvvəlki müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.
Xatırladaq ki, alman mütəxəssis 2024-cü ilin yayında Xavinin gedişindən sonra boş qalan vəzifəni tutaraq komandanın baş məşqçisi olub. Flikin rəhbərliyi altında "Barselona" liqa, Superkubok və Kral Kubokunu qazanıb. Çempionlar Liqasının yarımfinalında isə "İnter"ə uduzaraq mübarizədən kənarlaşdırılıb.
60 yaşlı mütəxəssis daha əvvəl Almaniya millisinin, "Bavariya" və "Hoffenhaym"ın baş məşqçisi, həmçinin baş məşqçinin köməkçisi və idman direktoru vəzifələrində çalışıb.