İngiltərənin "Mançester Yunayted" klubu yay "transfer pəncərəsi" üçün hazırlıqlarını davam etdirir. "Qırmızı şeytanlar" rəhbərliyi komandanın dörd futbolçusunu "toxunulmaz" adlandırıb.

Matc.az xəbər verir ki, bu barədə "The Times" qəzetinin jurnalisti Pol Hirst məlumat verib.

Müdafiəçilər Leni Yoro və Harri Maquayr, həmçinin yarımmüdafiəçilər Bruno Fernandes və Amad Diallo bu yay "Mançester Yunayted"i tərk etməyəcəklər.

Bildirilir ki, Ruben Amorimin komandasının yayda əsas transfer hədəfi "Vulverhempton"un braziliyalı hücumçusu Mateus Kunya olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest