21 May 2025, 19:54
FUTBOL
İtaliyanın "Yuventus" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək üçün mübarizəyə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı italiyalı jurnalist Matteo Morettonun paylaşıb.
Turin klubu yay "transfer pəncərəsi"ndə keçidi üçün belçikalı futbolçu ilə əlaqə saxlayıb, lakin 33 yaşlı futbolçunun "Napoli"yə keçid daha çox ehtimal edilir.
Bildirilir ki, artıq De Bruyne ilə "Napoli" klubu arasında illik 10 milyon avro maaşla müqavilə imzalanıb. Daha əvvəl futbolçu ilə İngiltərə Premyer Liqa klublarının və "Real"ın da maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Kevin De Bruynenin "Mançester Siti" ilə müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır.