21 May 2025, 18:51
FUTBOL
UEFA İcariyyə Komitəsi AVRO-2028-in final mərhələsi ilə bağlı reqlamentə dəyişiklik edib.
Matc.az xəbər verir ki, yeni qərara əsasən təşkilatçı ölkələr mundialın seçmə mərhələsindən azad olmayacaqlar.
Qurumun bu gün Bilbaoda keçirilən iclasında bununla bağlı müzakirələr aparılıb. Qəbul olunmuş qərara, əsasən, seçmə mərhələsində yığmalar 12 qrupda 4 və ya 5 komanda olmaqla mübarizə aparacaqlar. Qrup liderləri və ən yaxşı 8 ikinci yeri tutan ölkə birbaşa final mərhələsinə yüksələcək. Digər 4 vəsiqəsinin sahibi isə pley-off matçlarından sonra müəyyənləşəcək.
Qeyd edək ki, 2028-ci ildə İngiltərə, Uels, Şotlandiya və İrlandiyanın ev sahibliyi edəcəyi turnirdə 24 milli komanda mübarizə aparacaq.