Fransa millisinin UEFA Millətlər Liqasının həlledici oyunları üçün heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, komanda iyunun 5-də yarımfinalda İspaniya ilə qarşılaşacaq. 

Baş məşqçi Didye Deşam milliyə aşağıdakı futbolçuları dəvət edib: 

Qapıçılar: Lukas Şevalye, Mayk Menyan, Brays Samba.

Müdafiəçilər: Luak Bade, Lukas Din, Malo Qustu, Lukas Ernandes, Teo Ernandes, Pyer Kalulu, İbrahima Konate, Kleman Lenqlet, Benjamin Pavard.

Yarımmüdafiəçilər: Matteo Genduzi, Manu Kone, Adrien Rabyo, Aurelien Tçouameni, Uoren Zayr-Emeri.

Hücumçular: Bredli Barkola, Rayan Çerki, Usman Dembele, Desire Due, Kolo Muani, Kilian Mbappe, Maykl Olişeh, Markus Tyuram.

Qeyd edək ki, Millətlər Liqasında 3-cü yer uğrunda görüş və final iyunun 8-də olacaq.

Fransa millisi Azərbaycanın DÇ-2026-nın semə mərhələsindəki rəqiblərindən biridir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest