"Liverpul"un vingeri Luis Dias "Barselona"nın yayda əsas transfer hədəfidir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.
Kataloniya klubu 28 yaşlı futbolçunu komandanı cinah yarımmüdafiəçisi Rafinyadan asılılıqdan xilas edə biləcək oyunçu kimi görür.
İngilis klubu kolumbiyalı hücumçunu 80 milyon avroya qiymətləndirirlər. Kataloniyalılar yayda 1:1 maliyyə qaydasına əməl edə bilsələr, Diası almaq imkanı əldə edəcəklər. "Liverpul" müdafiəçi Trent Aleksander-Arnoldun klubdan getməsindən sonra komandanın daha bir liderini itirmək istəmədiyi üçün "Barselona"nın cinah oyunçusunu almaqda çətinlik çəkəcəyi vurğulanır.
Qeyd edək ki, Dias bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. 28 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 85 milyon avrodur.