16 May 2025, 12:47
FUTBOL
"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski İtaliyada çıxış edə bilər.
Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Latsio" polşalı yarımmüdafiəçini transfer etmək istəyir.
İtaliya klubu Şimanski üçün "Fənərbaxça"ya 15 milyn avro təklif edib. Türklər bu təklifi qəbul etməyə yaxındır.
Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 50 oyunda 7 qol vurub, qol ötürməsi edib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.