16 May 2025, 11:59
FUTBOL
"Liverpul" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi "Bornmut"da çıxış edən Miloş Kerkezi transfer etmək istəyir.
"Liverpul" yaxın zamanda macarıstanlı futbolçu üçün onun klubuna təklif göndərəcək. "Bornmut" 21 yaşlı sol cinah müdafiəçisini 45 milyon fnt-sterlinqə satmaa hazırdır.
Qeyd edək ki, Miloş Kerkez bu mövsüm Premyer Liqada keçirdiyi 36 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.