15 May 2025, 21:38
FUTBOL
"Bavariya"nın ingilis mərkəz müdafiəçisi Erik Dayer cari mövsümün sonunda "Monako"ya keçəcək.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
"Biz Erik Dayerin iyunun 1-də "Bavariya"dan komandaya qoşulacağını elan etməkdən məmnunuq! Evinə xoş gəldin, Dayer!", - "Monako"dan verilən açıqlamada deyilir.
Qeyd edək ki, bu mövsüm Dayer "Bavariya"nın heyətində bütün turnirlərdə 27 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında 31 yaşlı futbolçunun bazar dəyəri 8 milyon avrodur.