"Barselona" "Espanyol"un qapıçısı Joan Qarsia ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Kataloniya klubu onu 35 yaşlı qapıçı Voyçex Şesni və 33 yaşlı Mark-Andre ter Ştegenin əvəzləyicisi hesab edir.
"Barselona" Qarsiyanı transfer etmək uğrunda mübarizədə "Arsenal"la rəqabət apara bilər. London klubu ispan qapıçı ilə bağlı "Espanyol" ilə qabaqcıl danışıqlar aparır. 24 yaşlı qolkiperin hazırda 25 milyon avroluq sərbəst qalma müddəası var, lakin bu məbləğ artırıla bilər.
Qeyd edək ki, Qarsiya bu mövsüm bütün yarışlarda 35 oyun keçirib və 7 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında qolkiperin dəyəri 20 milyon avrodur.