15 May 2025, 18:39
FUTBOL
Futbol üzrə Azərbaycan I Liqasının 2024/25 mövsümünün qalibi olan "Qəbələ" komandası mükafatlandırılıb.
Matc.az xəbər verir ki, Qəbələ təmsilçisinə qızıl medallar və kubok XXVI turda evdə "Zaqatala"nı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təqdim olunub.
Qəbələ şəhər stadionunda keçirilən tədbirdə əvvəlcə futbolçular, məşqçilər və klub rəsmilərinə medallar verilib. Daha sonra isə I Liqanın qalibi kuboku başı üzərinə qaldırıb.
Mükafatlar PFL-in texniki-idman direktoru Elgiz Abbasov və AFFA baş katibinin müavini Kamran Vəliyev tərəfindən təqdim olunub.