Portuqaliyalı futbolçu ardıcıl üçüncü dəfə nəşrin dünyanın ən çox qazanan 50 idmançısı siyahısına başçılıq edir.
Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo son bir ildə 275 milyon dollar qazanıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Forbes" paylşıb.
Portuqaliyalı futbolçu ardıcıl üçüncü dəfə nəşrin dünyanın ən çox qazanan 50 idmançısı siyahısına başçılıq edir. İl ərzində 40 yaşlı oyunçu 275 milyon dollar qazanıb ki, bunun da 225 milyon dolları maaş və müxtəlif bonuslar, daha 50 milyon dolları isə sponsorluq müqavilələri üzrə ödənişlər olub.
Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi bu reytinqdə beşinci yeri tutub. O, son bir ildə 135 milyon dollar qazanıb, bunun 60 milyon dolları maaş və bonuslar, 75 milyon dolları sponsorluq ödənişləri olub.