15 May 2025, 17:15
FUTBOL
Portuqaliya Futbol Federasiyası (FPF) "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo ilə danışıqlar aparadığı ilə bağlı yayılan xəbərləri təkzib edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Record" paylaşıb.
Xatırladaq ki, mətbuatda İstanbul komandasının baş məşqçisinin Portuqaliya millisinə baş məşqçi təyin olunmağa yaxın olduğu barədə məlumatlar yer alıb. Mütəxəssislə artıq ilkin razılığa gəldiyi bildirilir.
Mourinyonun UEFA Millətlər Liqasının cari mövsümündən sonra Portuqaliya millisinə rəhbərlik edəcəyi gözlənilir. Millinin hazırkı baş məşqçisi Roberto Martinezin isə 2026-cı ilə qədər müqaviləsi var