15 May 2025, 16:00
FUTBOL
Şirkət komandanı qida məhsulları ilə təmin edəcək.
"Qəbələ" klubunun SAB şirkəti ilə bağladığı əməkdaşlıq müqaviləsini detalları açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Qəbələ təmsilçisinin prezidenti Fariz Nəcəfov mətbuat konfransında danışıb.
O, klubun SAB şirkətindən reklam qarşılığında maliyyə vəsaiti almayacağını söyləyib: "Şirkət komandanı qida məhsulları ilə təmin edəcək. Biz isə komanda formalarının qol hissəsində SAB-ın loqosunu və Qəbələ şəhər stadionunda şirkətin bannerlərini nümayiş etdirəcəyik".
Nəcəfov gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsini istisna etməyib: "Builki əməkdaşlıq uğurlu alınsa, gələn mövsümlərdə Qəbələ şəhər stadionuna şirkətin adının verilməsinə baxıla bilər".