15 May 2025, 15:18
FUTBOL
Edin Ceko mövsümün sonunda "Fənərbaxça"dan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
Bosniyalı hücumçu sabiq klubu "Roma"ya keçəcək. 39 yaşlı forvardın "canavarlar"la razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Edin Ceko bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 51 oyunda 20 qol vurub, 8 qol ötürməi edib.