Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Matc.az xəbər verir ki, D qrupunun I turu çərçivəsində sentyabrın 5-də Reykyavikdə təşkil olunacaq görüş “Lauqardalsvollur” stadionunda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, A millimiz sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığmasını qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest