Mövsümün sonunda "Bavariya"dan ayrılacağını açıqlayan Erik Dayerin yeni klubu məlum olub.

Matc.az xəbər verir ki, ingiltərəli müdafiəçi "Monako"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı mərkəz müdafiəçisi ilə 2028--ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Erik Dayer bu mövsüm "Monako"nun heyətində keçirdiyi 27 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest