"Bolonya"nın müdafiəçisi Con Lukumi İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Matc.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul" kolumbiyalı futbolçunu transfer etmək istəyir. "Qırmızıla" Lukumi üçün İtaliya klubua təklif göndərəcək.

"Liverpul"dan başqa "Tottenhem" və "Çelsi" də 26 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.

Qeyd edək ki, Con Lukumi bu mövsüm "Bolonya"nın heyətində keçirdiyi 42 oyunda 1 qol vurub, 1 qol ötürməs edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest