Rodriqonun "Real"dan ayrılmaq fikri yoxdur.

Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.

Cinah oyunçusu ona rahat olmayan mövqedə oynamaq məcburiyyətindən həqiqətən narazıdır və hücumun sol cinahında oynamağa üstünlük verir.

Braziliyalının nümayəndələri klub prezidenti Florentino Pereslə vəziyyəti müzakirə edib və futbolçunun bundan məyus olduğunu ona çatdırıblar.

Madrid klubunun rəhbərliyi də onu buraxmaq istəmir. Görüş zamanı tərəflər bu barədə danışıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest