Oyun sentyabrın 5-i Reykyavik şəhərindəki "Laugardalsvöllur" arenasında keçiriləcək.

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsinin İslandiya – Azərbaycan qarşılaşmasının məkanı müəyyənləşib.

Matc.az xəbər verir ki, oyun sentyabrın 5-i Reykyavik şəhərindəki "Laugardalsvöllur" arenasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Bu, hər iki komandanın seçmə mərhələdə ilk oyunu olacaq. 

Qeyd edək ki, bu gün AFFA seçmə mərhələnin Azərbaycan – Ukrayna matçının sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini açıqlayıb.

Milli komandamızın qrupdakı digər rəqibi Fransaya qarşı oyunlarının, eləcə də Ukrayna ilə səfər, İslandiya ilə evdəki matçlarının məkanları isə hələ təsdiqlənməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest